"Fənərbaxça"da ciddi itki "Trabzonspor"a qarşı oynamayacaq

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mert Hakan Yandaş sıradan çıxıb.

29 yaşlı futbolçu Konfrans Liqasının "Yunion Sent-Jilluaz"la matçında (0:1) zədələnib. Təcrübəli oyunçu sabah "Trabzonspor"la keçiriləcək görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm"Fənərbaxça"nın heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right