"Bavariya" "Barselona"nın futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdı

"Barselona"nın futbolçusu Ronald Arauxo karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, uruqvaylı müdafiəçinin xidmətində "Bavariya" maraqlıdır. Bu barədə ESPN nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisi üçün 100 milyon avro tələb edir. "Bavariya" bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Barselona" Ronald Arauxonu 2018-ci ilin yayında "Boston River"dən transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right