Burnunu sındırdı, mövsümü bitirdi

“Turan Tovuz” əsas heyət üzvlərindən birini itirib. Veysəl Rzayev azı iki ay komandaya kömək edə bilməyəcək. Yarımmüdafiəçinn mövsümü erkən başa vurması da mümkündür.

Newsport.az xəbər verir ki, 21 yaşlı futbolçunun burnu sınıb. O, təcili əməliyyat olunub. Həkimlər Veysəlin ən yaxşı halda mayın əvvəlində məşqlərə başlaya biləcəyini deyib.

Maraqlıdır ki, Rzayev komandanın məşqi zamanı zədələnməyib. O, istirahət vaxtı, arzuolunmaz hadisə nəticəsində burnunu sındırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right