"Qarabağ"ın rəqibinin futbolçusu Bundesliqada ən yaxşı seçildi

Almaniya Bundesliqasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, başa çatan ayın ən yaxşıs adına Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibi olan "Bayer"in yarımmüdafiəçisi Florian Virts seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı vinger fevral ayında ölkə çempionatında meydana çıxdığı 4 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən ilk oyunda "Bayer"lə 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab görüşü bu gecə Bakı vaxtilə saat 00:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right