"İnter Mayami" də Messi şoku

ABŞ-nin "İnter Mayami" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, ABŞ təmsilçisinin hücumçusu Lionel Messi sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Cerardo Martino məlumat verib.

Argentinalı ulduz futbolçu sağ ayaq əzələsində zədə alıb. 36 yaşlı oyunçu komandasının növbəti matçında iştirak etməyəcək.

Qeyd edək ki, Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində meydana çıxdığı 5 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right