"Mançester Yunayted" və "Çelsi" "Barselona"nın müdafiəçisi ilə maraqlanır

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, fransalı futbolçunun xidmətində "Çelsi" və "Mançester Yunayted" maraqlıdır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İngiltərə nəhəngləri 25 yaşlı mərkəz müdafiəçisini transfer etmək üçün yayda onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ili yayında "Sevilya"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right