“Murad Musayev yaxşı variant deyil”

“Dinamo”, “Lokomotiv”, “Ayaks”ın və Rusiya millisinin sabiq hücumçusu Dmitri Bulıkin “Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin “Krasnodar”a dönüşünü dəyərləndirib. Newsport.az xəbər verir ki, Bilıkin bunu uğursuz addım hesab edir.

O, Musayevin “Krasnodar”a xeyir verəcəyinə inanmır: “Düşünürəm ki, Murad Musayev “Krasnodar” üçün heç də yaxşı variant deyil. Hər şeydən çox klubun hansı strategiyanı seçmək istəməsi dayanır. İndiki durum kluba və komandanın infrastrukturuna ziyan vurur. İstərdim ki, dəbdəbəli “Krasnodar” stadionu azarkeşləri sevindirsin, klubun akademiyası isə böyük futbolçularını yetişdirsin”.

Qeyd edək ki, Murad Musayev daha əvvəl 2018-2021-ci illərdə “Krasnodar”a rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right