Paytaxt klubu müdafiəçisi ilə müqavilə müddətini artırdı

"Arsenal" Ben Uaytı buraxmaq istəməyib.

Newsport.az xəbər verir ki, onun müqavilə müddəti artırılıb. Onunla yeni iki illik müqavilə imzalanıb. 

Uayt 2021-ci ildə "Brayton"dan 58,5 milyon avroya "Arsenal"a transfer edilmişdi.

Bu mövsüm 38 matçda çıxış etmiş Ben 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "topçular"la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir. 

"Arsenal" İngiltərə Premyer Liqasında 28 turdan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right