Messi zədələndi

"İnter Mayami"nin futbolçusu Lionel Messi zədələnib.

Newsport.az "Sportskeeda"ya istinadən xəbər verir ki, bu barədə MLS klubunun baş məşqçisi Xerardo Martino məlumat verib. Mütəxəssis argentinalı hücumçunun əzələsində gərginlik olduğunu bildirib: "Böyük ehtimalla o, şənbə günü keçiriləcək "DC Yunayted"lə görüşü buraxacaq".

Qeyd edək ki, Messi CONCACAF Çempionlar Kubokunda 1/8 finalında "Neşvil"lə matçda (3:1) 1 qol vurub. Futbolçu görüşün 2-ci hissəsində əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right