Qriqorçukun köməkçisindən gözlənilməz addım

Odessa “Çernomorets”inin fiziki hazırlıq üzrə məşqçisi İqor Kasyanenko komandanın Türkiyədəki toplanışından sonra Ukraynaya qayıtmayıb.

Newsport.az sport.ua-ya istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssisə Antalyada Kişinyova uçmalı olan təyyarəyə bilet alınsa da, o, sözügedən şəhərə getməyib. Qeyd olunur ki, çox güman ki, Kasyanenko ailəsi ilə birlikdə yaxın gələcəkdə yaşamağı planlaşdırdığı Mayamiyə (ABŞ) gedib. Artıq “Çernomorets”in nümayəndələri mütəxəssisi məşqçilik lisenziyasından məhrum etmək niyyətində olduqlarını bəyan ediblər.

Xatırladaq ki, ötən ilin oktyabrında bir neçə ukraynalı idmançı və məşqçi xaricdəki təlim-məşq toplanışından ölkəyə qayıtmayıb. 

Qeyd edək ki, “Çernomorets”in baş məşqçisi "Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçukdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right