“Mançester Siti” daha bir aparıcı futbolçusunu itirib.
Newsport.az-ın məlumatına görə, hücumçu Serxio Aquerodan sonra yarımmüdafiəçi David Silva da zədələnib.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Lüksemburqla (4:0) qarşılaşmanın 11-ci dəqiqəsində sağ dizindən xəsarət alan Silva komanda yoldaşı Xuan Mata ilə əvəzlənmişdi. Bu gün keçirilən tibbi müayinədən sonra məlum olub ki, zədə o qədər də ciddi deyil. Lakin həkimlər 29 yaşlı oyunçunun 3 həftə yaşıl meydançalardan uzaq qalacağını açıqlayıblar.