Azərbaycan millisindən “Atletiko”ya

21 və 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Patrisiya Qonsales özünə yeni iş yeri tapıb.

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bundan sonra ölkəsində fəaliyyət göstərəcək. O, qadınlardan ibarət “Atletiko” klubunun idman direktoru vəzifəsinə təyin olunub.

Qonsales FİFA-da beş il keçirdikdən və 2021-ci ildən Qlobal İstedadların İnkişafı Birliyinə rəhbərlik etdikdən sonra Madrid klubunun təklifini müsbət cavablandırıb.

Qeyd edək ki, Patrisiya Qonsales 2016-cı ildə ayrıldığı Azərbaycanda idman direktoru vəzifəsində də çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right