Kompeyners üçün 60 milyon avro

Dayaq yarımmüdafiəçisi axtarışını davam etdirən “Mançester Yunayted” daha bir futbolçuya elçi düşüb. Bu dəfə Ten Kompeyners hədəfdədir.

Newsport.az xəbər verir ki, maraqlandığı orta xətt oyunçuları ilə ortaq məxrəcə gələ bilməyən İngiltərə klubu “Atalanta”nın üzvünün keçidini həll edə bilər. Çünki həm futbolçu özü Premyer Liqaya can atır, həm də A Seriyası təmsilçisini təklif edilən məbləğ qane edir.

26 yaşlı futbolçu üçün 60 milyon avro tələb edən berqamolular qismən güzəştə getməyə razıdır. Mançesterlilər futbolçu ilə şəxsi müqavilənin detallarını həll edə bilsə, yayda transferi yekunlaşdıracaq.

İtaliyalıların 2021-ci ilin yayında “Alkmaar”dan 14 milyon avroya satın aldığı Kompeynersin “Atalanta” ilə müqaviləsi 2027-ci ildə bitəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right