Ronaldo futbol tarixinə düşdü

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) futbol tarixində ən çox qələbə qazanan oyunçuları açıqlayıb. Newsport.az xəbər verir ki, araşdırmaya görə, siyahıya Kriştiano Ronaldo başçılıq edir.

Portuqaliyalı superulduz “Əl-Nəsr”in heyətində Asiya Çempionlar Liqasında “Əl-Ayn”ı 4:3 hesabı ilə məğlub etdikləri qarşılaşmada 800-cü qalibiyyətinə sevinib. 39 yaşlı forvard 800 qələbəyə çatan ilk futbolçu kimi tarixə düşüb.

Ronaldo bunların 675-ni klubda, 125-ni yığmada əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right