Arteta çətin qələbəni şərh etdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasının 1/4 finalına yüksəlməsini şərh edib.

Newsport.az xəbər verir ki, London təmsilçisi 1/8 finalda ilk matçda 0:1 hesabı ilə uduzduğu "Portu"ya cavab görüşündə 1:0 hesabı ilə qalib gəlib. Cütün taleyini həll etmək üçün penaltilər seriyası oynanılıb. "Arsenal" rəqibini üstələyərək (4:2) növbəti mərhələyə yüksəlib.

Arteta isə çətin qələbəni belə şərh edib:  "Mən çox xoşbəxtəm. Sonuncu dəfə dörddəbir finala çıxmağımızdan 14 il keçdi. Bu, "Arsenal" kimi bir klub üçün çox uzun müddətdi. Deməli, ÇL-də 1/4 finala adlamaq belə çətindir. Bu gün biz çox çalışmalı və sehrli anı gözləməli olduq. Və istədiyimz an gəldi. Mən çox qürur duyuram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right