"Bayer" Almaniya kubokunun tarixinə düşdü

"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” Bundesliqadan Almaniya kubokunun yarımfinalına yüksələn yeganə klub olub.

Newsport.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. 

"Bayer" martın 6-da 1/4 finalda "Ştutqart"ı məğlub edərək yarımfinala adlamışdı.

Ötən gecə isə digər bir Bundesliqa təmsilçisi "Borussiya" (Münhenqladbax" 1/4 finalda "Saarbrüken"lə qarşılaşıb və uduzub - 2:1.

Bununla da "Bayer" ölkə kubokunun tarixinə düşüb. Leverkuzen təmsilçisi bu mövsüm həm Bundesliqada çıxış edən, həm də Almaniya kubokunun yarımfinalına yüksələn yeganə klub olub. Daha əvvəl belə hal baş verməyib. 

Qeyd edək ki, Almaniya kubokunun yarımfinalında “Kayzerslautern” evdə “Saarbrüken”lə, “Bayer Leverkuzen” isə evdə “Fortuna Düsseldorf”la qarşılaşacaq. Matçlar 2-3 aprel tarixlərində keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right