“Barselona” və “Arsenal” 1/4 finalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Newsport.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutub.

İngiltərə “Arsenal”ı doğma azarkeşləri önündə “Portu”nu qəbul edib. Komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə London klubu minimal hesabla uduzmuşdu – 0:1. Cavab matçında da ingilislər oxşar hesabla qalib gəliblər. Qalib isə penaltilər seriyasında müəyyənləşib. “Arsenal” daha dəqiq oynamaqla mərhələ adlayıb.

Gecənin digər matçında “Barselona” “Napoli”ni sınağa çəkib. Tərəflər Neapoldakı ilk oyunda qollu heç-heçəyə (1:1) razılaşmışdılar. Cavab görüşündə isə İspaniya nəhəngi inamlı qələbə sayəsində 1/4 finala çıxıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
12 mart

“Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya) 1:0 (penaltilər 4:2)
Qol: Trossard, 41.
Baş hakim: Kleman Tyürpen (Fransa)
İlk oyun – 0:1

“Barselona” (İspaniya) – “Napoli” (İtaliya) 3:1
Qollar: F.Lopes, 15. J.Kanselo, 17. Levandovski, 83 – Rrahmani, 30.
Baş hakim: Danni Makkeli (Niderland)
İlk oyun – 1:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right