“Atletiko” Kokeni heyətdə saxlayır

“Atletiko” kapitanı Kokeni heyətində saxlamaq istəyir. Təcrübəli yarımmüdafiəçi ilə danışıqlar son mərhələdədir.

Newsport.az xəbər verir ki, hazırkı heyətin sütunlarını qorumağa çalışan madridlilər Stefan Saviç və Sezar Aspilikueta lə ortaq məxrəcə gəldikdən sonra indi də Kokeyə üz tutub. Müqaviləsi bu yay bitəcək təcrübəli futbolçu da qalmaqda maraqlıdır.

“Atletiko” yetirməsi olan 32 yaşlı futbolçu 2011-ci ilin yanvarından əsas komandada çıxış edir. O, 2 illik yeni anlaşma istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right