Naqelsmann AVRO-2024-ə qədər qərarını verəcək

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann AVRO-2024-dən əvvəl gələcəyi ilə bağlı qərar vermək istəyir. Newsport.az xəbər verir ki, mütəxəssis aprel və ya mayda harada işləyəcəyini müəyyənləşdirməyi planlaşdırır.

Hazırda Dortmund “Borussiya”sı başda olmaqla bir neçə klub onun xidmətində maraqlıdı. Naqelsmann bütün diqqətini Avropa çempionatına kökləmək istəyir. Bu üzdən turnirin startına qədər qərarını verməyi düşünür.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right