Milli komandanın sabiq futbolçusu Qəzzada həlak oldu

Fələstin millisinin keçmiş futbolçusu Məhəmməd Barakat İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində dünyasını dəyişib.

Newsport.az xəbər verir ki, bu barədə  “Al Jazeera” məlumat yayıb. O, atəşə məruz qalan evində olub. Barakatın 39 yaşı var idi. Futbolçu Fələstin millisində 3 oyuna çıxıb. Məhəmməd son peşəkar qolunu 2023-cü ilin avqustunda vurub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi kəskinləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right