5 futbolçu üçün III dövrə bitdi

Martın 15-17-də Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. Newsport.az xəbər verir ki, 5 futbolçu qarşıdakı turu məcburiyyətdən buraxmalı olacaq.

Buna səbəb XXVI turda onlardan 4-nün sarı, birinin qırmızı vərəqə almasıdı.

Elçin Əlicanov (“Kəpəz”), Con İrasabal (“Sabah”), İsa Suliman (“Sumqayıt”), Bruno Qonçalves (“Turan Tovuz”) və Vüsal Şabanov (“Araz-Naxçıvan”) III dövrənin son turunda iştirak edə bilməyəcəklər.

Onlardan ilk dördü sarı vərəqə limitini doldurub, Şabanov isə qırmızı vərəqə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right