"Karyeramı başa vurduqdan sonra Qvardiola ilə dost ola bilərəm"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp karyerasını başa vurduqdan sonra "Mançester Siti"dəki həmkarı Pep Qvardiola ilə dost ola biləcəyini deyib .

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib: “Biz təqaüdə çıxandan sonra dost ola bilərik. O, qolf oynamağı sevir, amma mən sevmirəm. Padel oynayıram. Ola bilsin ki, o da padel oynaya bilər".

Yanvarda  Y. Klopp bu mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb. O, 2015-ci il oktyabrın 8-dən Mersisayd təmsilçisini çalışdırır. Bu müddət ərzində 56 yaşlı mütəxəssis klubla 8 kubok qazanıb.

Xatırladaq ki,  martın 10-da İngiltərə çempionatının 28-ci turu çərçivəsində “Liverpul” evdə “Mançester Siti” ilə 1:1 hesabı ilə heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right