Xavi heç kimi “Barselona”dan güclü saymır

Xavi Ernandes “Barselona”dan daha yaxşı komanda tanımır. O, güclü kollektivlərin olduğunu, amma heç kimin onlardan çox üstün görünmədiyini düşünür.

Newsport.az xəbər verir ki, İspaniya nəhənginin baş məşqçisi bu barədə Çempionlar Liqasının “Napoli”yə qarşı cavab 1/8 final matçı ərəfəsində danışıb: “Avropada “Barselona”dan daha yaxşı komandalar görmürəm. Fərqli komandalar var, amma kimsənin bizdən üstün olduğunu deyə bilməyəcəm. Onların hamısı lə rəqabət apara bilərik”.

Xavi komandanın gələcəyinin maliyyə vəziyyətlərinə bağlı olduğunu deyib: “Komanda bu gün nisbətən zəif görünürsə, bu itkilərlə bağlıdır. Xeyli zədəlimiz var, üstəlik, komandanın güclənməsi iqtisadi vəziyyətimizə bağlıdır. Çox sıxıntı çəkirik və bu, nəticələrdə özünü göstərir”.

“Barselona “Napoli” ilə cavab matçını bu gün keçirəcək. İtaliyadakı ilk oyunda tərəflər 1:1 hesablı heç-heçəyə razılaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right