"Real"ın futbolçusu milli komandasını seçdi Federasiya tənqid olundu

"Real"ın futbolçusu Brahim Diaz milli komanda barədə seçimini edib.

Newsport.az xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Mərakeş millisinin formasını geyinəcək. 

Atası mərakeşli, anası isə ispaniyalı olan Diaz İspaniyanın Malaqa şəhərində doğulub. O, bu ölkənin U-17, U-19, U-21 milli komandalarında oynayıb. Brahim 2021-ci ildə İspaniyanın əsas millisinin heyətində Litvaya qarşı yoldaşlıq matçında meydana çıxıb. Ancaq daha sonra İspaniya yığmasında oynamaq şansı əldə etməyən Diaz Mərakeş yığmasını seçib. 

İspaniya mediası Diazın Mərakeş millisini seçməsinin İspaniya üçün böyük itki olduğunu yazıb və buna görə ölkənin futbol federasiyasını günahlandırıb. 

Diaz bu mövsüm "Real"ın heyətində 32 matçda 8 qol vurub və 4 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right