Baş məşqçi futbolçuya kəllə vurdu, istefaya göndərildi

İtaliyanın "Leççe" klubu baş məşqçisi Roberto D'Aversa ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Çempionatın 28-ci turunda "Verona" ilə matçdan sonra baş məşqçinin etdiyi hərəkətə görə belə qərar verdildiyi bildirilib.

Qeyd edək ki, ötən gün "Verona" ilə keçirilən oyundan sonra Roberto D'Aversa rəqib futbolçusu Tomas Henrini kəllə ilə vurub.

 Roberto D'Aversa 2023-cü ilin yayından "Leççe"ni çalışdırırdı. Komanda hazırda 25 xalla 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right