"Mançester Yunayted”in futbolçusu Ueyn Runi növbəti mükafatını qazanıb.
Newsport.az-ın məlumatına görə, Runiyə "qızıl ayaq” mükafatı verilib. İngiltərə milli komandasının ən çox qol vuran futbolçusu olan Runiyə mükafatı əfsanəvi futbolçu Bobbi Çarlton təqdim edib.
Qeyd edək ki, Runiyədək İngiltərə milli komandasının bombardiri məhz Çarlton olub. Runi İngiltərə millisində "50”, Çarlton isə "49” qol vurub.