“Barselona”nın Sudakovun transferinə gücü çatmır

“Barselona” ukraynalı futbolçunu transfer etmək istəyir. Katalonlar “Şaxtyor”da çıxış edən Georgi Sudakovla maraqlanır. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Futbolçunun özü də Ukrayna çempionatını tərk etmək istəyir. O, İngiltərə Premyer Liqası və ya İspaniya La Liqasında oynamaqda maraqlıdır.

Sudakov “Liverpul” , “Bayern” və “Mançester Siti”nin də maraq dairəsindədir. Onun müqaviləsində 150 milyon avroluq sərbəstqalma bəndi var. Ancaq bəzi məlumatlara görə, həmin bənd keçən yay ləğv edilib.

Hazırda onu almağa ən yaxın klub “Liverpul” görünür. Belə ki, “Barselona”nın heç 50 milyon avro ödəməyə gücü çatmır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right