Dadaşov oynadı, "Hatayspor" heç-heçə etdi

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda səfərdə "Kayserispor"la qarşılaşıb. Görüş bərabərliklə başa çatıb - 1:1.

Renat bu oyunda 66-cı dəqiqədə meydana daxil olub. O, qol vura bilməyib.

Qeyd edək ki, "Hatayspor" 29 turdan sonra 30 xalla 16-cı sıradadır. "Kayserispor" isə 36 xalla 13-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right