"Atletiko" iki futbolçusunu saxlayacaq

"Atletiko" liderlərini komandada saxlamaq niyyətindədir. 

Newsport.az “AS” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Stefan Saviç və Koke ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Artıq tərəflər arasında şifahi razılıq əldə edilib. Yeni müqaviləyə əsasən, hər iki futbolçu 2027-ci ilin yayına qədər “Atletiko”ya məxsus olacaq.

Qeyd edək ki, Saviçin müqavilə müddəti 2025-ci il iyunun 30-u, Kokedə isə bu mövsümün sonunda bitəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right