"Yuventus" türkiyəli futbolçuya yeni müqavilə təklif etdi

"Yuventus" futbolçusu Kenan Yıldızla müqavilə müddətini artırmağı planlaşdırır.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, artıq tərəflər arasında yeni müqavilənin şərtləri ilə bağlı danışıqlar başlayıb.

"Qoca sinyora" Kenanın müqavilə müddətini daha iki illik artırmaq niyyətindədir. Türkiyəli 2027-ci ilin iyunun 30-na qədər "Yuventus"a məxsusdur. 

Yıldızın xidmətində Avropanın bir çox klubları maraqlıdır. O, bir ildir ki, "Yuventus"un əsas komandasında oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right