Şok iddia: Dani Alveş intihar edib

Braziliyalı jurnalist Albukerke "Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin həbsxanada intihar etdiyi barədə məlumat yayıb.

Newsport.az xəbər verir ki, bu iddianı 500 mindən çox izləyicisi olan "BBO Sports" da "X" sosial şəbəkəsindəki hesabında  paylaşıb.

 

 

Hələlik Braziliyanın əsas mətbuat orqanları iddianın doğru və ya yalan olması barədə məlumat yaymayıb. 

Xatırladaq ki, ötən ilin yanvarında Alveş Barselonadakı "Sutton" gecə klubunda bir qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib və həmçinin zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəməyə məhkum edilib. Eyni zamanda, İspaniya prokurorluğu Alveşin 4,5 ildən artıq müddətə həbs olunmalı olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right