Türkiyə millisinin sabiq üzvü klubsuz qaldı

Türkiyənin "Konyaspor" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Gökhan Töre ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayından "Konyaspor"da çıxış edirdi. Türkiyə millisinin sabiq üzvü "ağ-yaşıllar"ın heyətində 3 Super liqa matçında meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right