Bundesliqa klubu baş məşqçinin müqaviləsini uzatdı

Almaniyanın "Ştuttqart" klubu baş məşqçi Sebastyan Höneslə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi alman mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı məşqçinin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Sebastyan Hönes 2023-cü ilin aprel ayından "Ştuttqart"ı çalışdırır. Komanda Bundesliqada 24 turdan sonra 50 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right