"Qarabağ"ın rəqibi Arda Güləri transfer etmək istəyir

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Real"da çıxış edən Arda Gülərin xidmətində maraqlıdır. Bu barədə "Goal" nəşri məlumat yayıb.

Almaniya klubu 19 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürmək istəyir.

Xəbərdə "Tottenhem"in də gənc oyunçu ilə maraqlandığı bildirilir.

Qeyd edək ki, "Real" Arda Güləri mövsümün əvvəlində "Fənərbaxça"dan 20 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 5 rəsmi matçda 92 dəqiqə oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right