"Mançester Yunayted" 19 yaşlı futbolçu üçün 120 milyon avro ödəməyə hazırdı

"Mançester Yunayted" yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Benfika"da çıxış edən Joao Neveslə yaxından maraqlanır. Bu barədə Fabritsio Romano məlumat yayıb.

19 yaşlı dayaq yarımmüdafiəçisinin müqaviləsində 120 milyin avroluq sərbəstqalma maddəsi var. "Mançester Yunayted" bu məbləği ödəməyə hazırdır.

Gənc futbolçunu "Mançester Siti"də transfer etmək istəyir.

Qeyd edək ki, Joao Neves "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right