"Qalatasaray"dan Fernando Muslera qərarı

Türkiyənin "Qalatasaray" klubu qapıçı Fernando Musleranı komandada saxlamaq istəyir.

Newsport.az xəbər verir ki, rəhbərlik baş məşqçi Okan Burukun istəyi ilə uruqvaylı qolkiperlə yeni müqavilə təklif edib.

İtanbul təmsilçisi Musleranı daha 2 il saxlamağı planlaşdırır. "Sarı-qırmızılar" 37 yaşlı "əlcək sahibi"ni illik 1,5 milyon avro maaş təklif edib. Onun hazırkı maaşı 2,5 milyon avrodur.

Tərəflərin yeni sözləşmə ilə bağlı razılıq əldə edəcəyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. Təcrübəli qapıçı bu mövsüm komandanın heyətində 41 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right