"Ronaldonu "Mançester Yunayted"ə qaytarmaq səhv qərar idi"

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer Kriştiano Ronaldonun 2021-ci ilin yayında  "qırmızı şeytanlar"a keçməsini xatırlayıb.

Newsport.az xəbər verir ki, o, bu transferin səhv qərar olduğunu söyləyib: 

"Bu, çox sürətli qərar idi. Ronaldo "Yuventus"dan ayrılanda onu istəyən başqa klublar da var idi. "Mançester Yunayted"in rəhbərliyi məndən soruşdu: "Ronaldonu geri qaytarmağımızı istərdinizmi?" "Bəli" dedim. Çünki biz bilirik ki, Kriştiano keyfiyyətli oyunçudur və onun 37 yaşı var idi. Ronaldo dünyanın ən yaxşı bombardiridir. Lakin bu transfer nə mənə, nə də Ronaldoya yaramadı. Mən Jriştianonun transferinin düzgün qərar olduğunu düşünürdüm. Amma sonda səhv olduğu ortaya çıxdı”.

Qeyd edək ki, hazırda "Əl=Nəsr"in formasını geyinən Ronaldo 2003-2009 və 2021-2022-ci illərdə "Mançster Yunayted"də oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right