Federasiya ulduz futbolçuya xəbərdarlıq etdi

İspaniya Kral Futbol Federasiyası son vaxtlar tez-tez zədələnən millinin və “Barselona”nın yarımmüdafiəçisi Pedrinin fiziki durumundan narahatdı. Newsport.az xəbər verir ki, federasiya rəhbərliyi bununla bağlı gənc futbolçunun özü ilə əlaqə saxlayıb.

Ona AVRO-2024-də komandanın aparıcı fiquru olacağı bildirilib və formaya düşməsi üçün xəbərdarlıq edilib. Əks təqdirdə, Pedrinin yığmadan kənarda qalması da istisna deyil.

Qeyd edək ki, martın 4-də “Atletik”lə keçirilən oyunda (0:0) Pedri omba nahiyəsindən zədələnib. Onun təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right