"Real" tarixində 20-ci dəfə bunu bacardı

"Real" tarixində 20-ci dəfə Çempionlar Liqasında 1/4 finalına yüksəlib. 

Newsport.az xəbər verir ki, komanda son olaraq dünən 1/8 final mərhələsinin cavab matçında "Leyptsiq"lə heç-heçə edib və ümumi hesabda 2:1 qalib gələrək növbəti mərhələyə adlayıb.

"Real" bu göstəricidə təkcə "Bavariya"dan (22) geri qalır.

İlk 3-lükdə həmçinin “Barselona” da (18) yer alıb. Kataloniya təmsilçisi “Napoli”ni keçərsə, tarixində 19-cu dəfə 1/4 finala yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right