Bellinqem: "Bu qərar gülüncdür"

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem "Valensiya" ilə oyunda (2:2) qırmızı vərəqə almasına görə 2 oyunluq cəzalandırlması barədə danışıb.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, sözügedən matçın baş hakimi Xesus Gil Manzano 90+9-cu dəqiqədə Bellinqemin vurduğu qolu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl - top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fiti səsləndirib. 

Bundan sonra “Real”ın futbolçuları hakimlə mübahisəyə başlayıblar. Sayılmayan qolun müəllifi Bellinqemə isə qırmızı vərəqə göstərilib. Ötən gün La Liqa futbolçunun 2 oyunluq cəzalandırıldığını açıqlayıb.

Bellinqem isə açıqlamasında bunun yalnış qərar olduğunu vurğulayıb: “Baş verənlər hakim və onun final fitini səsləndirməsi ilə bağlıdır. Unutmamalıyıq ki, o insandır, amma mən də insanam. Hərəkətlərimi qiymətləndirmək üçün daha sağlam düşüncədən istifadə etməliyəm. Mən təhqiredici heç nə demədim, sözlərim komanda yoldaşlarımın dediklərindən fərqlənmirdi. Amma öz əməllərimə görə məsuliyyət daşıyıram. Amma iki matç qadağasının gülünc olduğunu düşünürəm. Əgər cəza belə qalsa, mən bu məsuliyyəti qəbul etməliyəm. Onda mən “Real”ı tribunadan dəstəkləyəcəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right