Ronaldinyo: "Torino"nun futbolçusu ola bilərdim, bu fürsət həyatımızı dəyişərdi"

PSJ, “Barselona”, “Milan” və Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo erkən yaşda İtaliyanın “Torino” klubuna keçə bilərmiş.

Newsport.az xəbər verir ki, bu barədə futbolçu özü “Milan News” portalına danışarkən deyib:

"Qardaşım Robertonun sayəsində “Torino”nun oyunçusu ola bilərdim. Amma sonra hər şey alt-üst oldu. Mən çox gənc olanda böyük qardaşım “Torino”ya baxışa yollanmışdı. Bütün ailəmizin necə hislər keçirdiyini təsəvvür edə bilməzsiniz. Bu fürsət həyatımızı dəyişərdi. Çünki mən də futbol oynayırdım, məni də komandaya götürərdilər. Bununla belə, sonda “Qremio” qardaşımı buraxmadı və biz ikimiz də Braziliyada qaldıq".

Ronaldinyo Qızıl topun qalibi (2005), həmçinin 2004 və 2005-ci illərdə FİFA-ya görə dünyanın ən yaxşı futbolçusu seçilib. O, Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right