Suares 12 milyon dollara ev aldı

"İnter Mayami"nin hücumçusu Luis Suares 12 milyon dollara ev alıb.

Newsport.az "Real Deal"a istinadən xəbər verir ki, uruqvaylı futbolçu ailəsi ilə birlikdə Florida ştatının Fort Lauderdeyl bölgələrindən birində komanda yoldaşı Lionel Messinin yanında məskunlaşıb.

Suares və həyat yoldaşı Sofiya Balbinin yeni evinin sahəsi təxminən 660 kvadratmetrdir.

Suares 2014-2020-ci illərdə Messi ilə birlikdə "Barselona"da çıxış edib və hər ikisi hazırda MLS-də oynayır.

Messi ötən ilin sentyabrında Floridada özünə 10,8 milyona ev alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right