Argentina millisinin üzvü "Atletiko"ya keçir

Argentina millisinin və "Roma"nın yarımmüdafiəçisi Paulo Dibala "Atletiko"ya keçməyə hazırlaşır.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, Madrid təmsilçisi Dibala üçün rəsmi təklif göndərib.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone həmyerlisini sərəncamında görmək istəyir və bunun üçün futbolçunun özü ilə danışmağa başlayıb.

30 yaşlı futbolçu bu mövsüm A Seriyasında 19 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right