Qvardiola: "Deyəcəklər ki, çox pul veririk, sus!"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının bu mövsümki oyun cədvəlindən şikayətlənib.

Newsport.az goal.com-a istindən xəbər verir ki, ispaniyalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kopenhagen”lə cavab oyununda (3:1) heyətində ciddi rotasiya etməsinin səbəbləri barədə danışarkən deyib:

“Premyer Liqa təmsilçiləri ilə oyunların mümkün təxirə salınmasından danışmalıyıq? Deyəcəklər ki, çox pul veririk, sus!

Çempionlar Liqasında “Kopenhagen”lə oyununda mənə "təzə ayaqlar" lazım idi. Futbolçularımın necə yorğun olduğunu görürəm. Bəzi ölkələrdə çərşənbə günü avrokuboklarda oynadığınız zaman ölkə çempionatında şənbə günü oynamağa icazə verilir. Biz isə bazar günü "Mançester Yunayted"lə qarşılaşdıq. Mənə "təzə ayaqlar" və belə çətin matça tab gətirə bilən insanlar lazım idi”.

Qeyd edək ki, ötən gecə "Mançester Siti" "Kopenhagen"i üstələyərək 1/4 finala adlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right