"Real" və "Mançester Siti" 1/4 finalda

Bu gün Çempionlar Liqasında daha 2 1/4 finalçının adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, 1/8 finalın cavab görüşləri çərçivəsində "Mançester Siti" ilk oyunda 3:1 hesabı ilə üstələdiyi "Kopenhagen"i qəbul edib. Bu dəfə də rəqibini eyni hesabla üstələyən "şəhərlilər" 1/4 finala yüksəlib.

"Real" isə ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi "Leyptsiq"lə bu dəfə Madriddə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan oyun "Real"ın mərhələ adlaması ilə nəticələnib.

Ötən gün keçirilən 2 cavab oyunundan sonra 1/4 finalın ilk iştirakçıları müəyyənləşib. Bunlar "Bavariya" və PSJ olub.

6 mart

00:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 3:1

Qollar: Akanji, 5. Alvares, 9. Haland, 45+3 – Elyunussi, 29

İlk oyun - 3:1

00:00. "Real" (İspaniya) - "Leyptsiq"  (Almaniya) - 1:1

Qol: Vinisius, 65 – Orban, 68

İlk oyun - 1:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right