“Bayern” Teli heyətində saxlayacaq

Matis Tel “Mançester Yunayted”ə keçməyəcək. “Bayern” futbolçusu ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib.

Newsport.az xəbər verir ki, münhenlilər oyunçunun agenti ilə danışıqlara start verib. Yeni anlaşma 2029-cu ilin yayınadək nəzərdə tutulub. Futbolçunun maaşında da artım olacaq.

Qvadelupa əsilli fransalı 2022-ci ilin yayında “Renn”dən 20 milyon avroya transfer edilmişdi. “Bayern”lə hazırkı müqaviləsi 2027-ci ilin iyununadək olan 18 yaşlı sol cinah hücumçusunun bazar qiyməti 50 milyon avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right