Türkiyə klubu baş məşqçisini istefaya göndərdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az xəbər verir ki, "Qaziantep" Marius Şumudika ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Marius Şumudika 2023-cü ilin oktyabr ayından "Qaziantep"i çalışdırırdı. Komanda SUper Liqada 28 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right