Kloppu millinin baş məşqçisi təyin etmək istəyirlər

Almaniya Futbol Assosiasiyası mövsümün sonunda "Liverpul"dan ayrılacaq Yurgen Kloppu Almaniya millisinin baş məşqçisi təyin etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Assosiasiya hazırkı baş məşqçi Yulian Naqelsmannı istefaya göndərməyi nəzərdən keçirir. Bu hal baş verərsə, komandanı Yurgen Klopp çalışdıracaq. Çünki Almaniya Futbol Assosiasiyası yığmanı DÇ-2026-ya məhz Kloppun hazırlamasını istəyir.

Mütəxəssisin mövsümün sonunda "Liverpul"dan ayrılacaq olması onun Almaniya millisinə gəlişi ehtimalını daha da artırır.  

Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right