Fil Fodenə La Liqadan təklif

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden karyerasını İspaniyada davam etdirə bilər. Newsport.az xəbər verir ki, 23 yaşlı hücumameyilli oyunçu “Real”ın maraq dairəsinə düşüb.

“Kral klubu” İngiltərə millisinin üzvünü yay fasiləsində transfer etməyi planlaşdırır. Madridlilər Fodenin hazırkı transfer dəyərini 100 milyon funt-sterlinq qarşılığında qiymətləndirir.

Qeyd edək ki, Fil Foden “Mançester Siti” akademiyasının yetirməsidi. O, “şəhərlilər”in heyətində ümumilikdə 257 oyun keçirib, 78 qol vurub, 51 məhsuldar ötürmə verib. Ulduz futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right