Luis Enrike Mbappenin gedəcəyini açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike 2023/24 mövsümünün sonunda Kilian Mbappenin komandanı tərk edəcəyinə dair xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, dünən "Latsio" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı cavablandırıb.

"Belə görünür ki, gələcəkdə Mbappe PSJ-də olmayacaq. Ona görə də biz taktikamızı digər oyunçularla sınaqdan keçirməli olacağıq" - deyə L.Enrike bildirib.

Daha əvvəl yayılan xəbərlərə görə, Fransa millisinin hücumçusu bu mövsümün axırı - müqaviləsi bitdikdən sonra PSJ-ni tərk edəcək. Onun karyerasını "Real"da (Madrid) davam etdirəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right